Sport maşın limuzin oldu

Sport maşın limuzin oldu

12 Aprel 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə İngiltərə sakini bütün diqqətləri üzərinə çəkdi. Belə ki, qəhrəmanımız təxminən 300 min manat dəyərindəki "Ferrari 360 Coupe " markalı avtomobilini limuzinə çevirməyi bacardı. London küçələrində asfaltı ağladan maşının bu hala gəlməsi üçün də külli miqdarda - 200 min manatdan çox pul xərclənib. Üstəlik, bu gözəl və qeyri-adi "Ferrari"nin meydana gəlməsi üçün məhz orijinal parçalardan istifadə olunub. 400 at gücündə olan avtomobil limuzinə döndükdən sonra köhnə sürətinə çata bilmir.

Yəqin ki, ingilis avtoşları bu adamı qınayacaqlar. Adam da sürəti qabaritə dəyişər?..

Günel Həbib