O, akulalara qarşı sularda savaşır

O, akulalara qarşı sularda savaşır

9 Avqust 2011 11:43
Bəyəndim (0) Bəyənmədim (0)
61 yaşlı qadın rekord vurmağa hazırlaşır

Amerikanın keçmiş milli üzgüçüsü Diana Nyad 1978-ci ildə qıra bilmədiyi rekordu 61 yaşında cəhd etmək üçün yola çıxdı. Nyad Kubanın paytaxtı Havanadan Floridaya üzərək gedəcək. Qadın bunu bacararsa, 161 km-i akulalara qarşı qoruyucu qəfəs olmadan qət edən ilk insan olacaq. 60 saatlıq marafona o, son iki ildir ki, gündə 8-15 saat məşqlər etməklə hazırlaşıb. Eks üzgüçü yol boyunca hər 45 dəqiqədən bir 20 saniyəlik dayanaraq, yemək, su kimi ehtiyaclarla təmin olunacaq. Hər 90 dəqiqədən bir isə 2 dəqiqəlik dayanaraq, enerji yığmaq üçün çərəz və çörək yeyəcək. İlk dəfə qəfəssiz üzüləcək bu yolda akulaların və digər yırtıcı məməlilərin Nyaddan uzaqlaşdırılması üçün xüsusi texnologiyalardan istifadə ediləcək. Digər tərəfdən ona içi həkimlər, balıq mütəxəssisləri, dənizçilər və bəslənmə mütəxəssisləri olan 5 qayıq da həmkarlıq edəcək. Diana Nyadın Azərbaycan saatı ilə sabah axşam Amerikaya çatması gözlənilir.

Nuş olsun, cənab akulalar...

Günel Həbib

O.M.