Meyit öz yas məclisinə gələnləri belə qarşılayıb - FOTO

Meyit öz yas məclisinə gələnləri belə qarşılayıb - FOTO

12 Mart 2016 16:48
Bəyəndim (0) Bəyənmədim (0)
Fernandonu qətlə yetirənlər axtarılır

Mediainfo.az xəbər verir ki, Porto Rikoda bir ailədə qəribə hadisə yaşanılıb. Belə ki, 15 güllə ilə qətlə yetirilən gənc oğlanın meyiti torpağa tapşırılmayıb. Ailəsi meyiti mumyalamaq qərarına gəlib.

Xatırladaq ki, hadisə mart ayının 3-də Porto Rikonun paytaxtı San Juanda baş verib. 26 yaşlı Fernando De Jesus Diaz Beatonun meyiti gözləri açıq şəkildə, kresloda oturub ayağını ayağının üstünə aşırmış vəziyyətdə mumyalanıb. Bu, dünyada ilkdir. Meyit yas məclisinə gələnləri oturaq vəziyyətdə "qarşılayıb".

P.S. Fernandonu qətlə yetirənlər hələ ki, tapılmayıb. Axtarışları davam edir.

Banu