Delfin balası ilə selfi çəkdirənlər onu susuz qoyub öldürdülər - FOTO

Delfin balası ilə selfi çəkdirənlər onu susuz qoyub öldürdülər - FOTO

18 Fevral 2016 21:16
Bəyəndim (0) Bəyənmədim (0)
Turistlər ölü delfinlə də "fotosessiya"nı davam etdirməkdən çəkinmədilər

Mediainfo.az xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdəki Santa-Teresita adlı istirahət mərkəzində sahildən tapılan delfin balası hər kəsin diqqətini çəkib. Turistlər bu balaca delfinlə selfi çəkdirmək üçün növbəyə dayanıblar. Əldən-ələ dolaşan balaca delfinin halsızlaşdığını görən insanlar onu suya almaq əvəzinə yenə də şəkil çəkdirməyə davam ediblər.

Bir saatdan çox çəkən "fotosessiya" nəticəsində delfin balası həyatını itirib. Buna baxmayaraq, tətilçilər ölü delfin balası ilə şəkil çəkdirməyə davam ediblər.

... Məlum olub ki, "La-Plata" növlü bu delfinlər adətən Braziliya, Argentina və Uruqvay sahillərində yaşayır və dünyada 30 min ədəd olaraq qalıblar...

Banu