Hindistanda 2 yaşlı qızın üçüncü ayağı kəsilib götürüldü - FOTO
Mediainfo.az xəbər verir ki, Hindistanın Delhi şəhərində yaşayan 2 yaşlı Varsha Sena adlı qız uşağı 3 ayaqla anadan olub. Ötən ay Delhi Govind Ballabh Pant Xəstəxanasında əməliyyat olunan qızcığazın belindən çıxan üçüncü ayağı uğurla kəsilərək götürülüb.
Həkim Daljit Singhin sözlərinə görə, balaca Varsha polymelia adlı xəstəlikdən əziyyət çəkirmiş. Hindistanda son 50 ildə belə bir xəstəlik görünməyib. İlikdən yetişən ayağı birinci dəfə idi ki, tibb aləmində görürdük.
Varshanın anası Komal Sena (24) qızı dünyaya gələndə 3-cü ayağını görüb çox qorxub. O, uşağına fil başlı, 4 əli olan Hind Tanrısı "Ganeşa"nın şərəfinə Varsha adı qoyub.
Bu xəstəlikdən əziyyət çəkənlər arasında 2012-ci ildə Pakistanda dünyaya gələn qız uşağı olub. Onun 3 qolu olub. Həmçinin, 2014-cü ildə Hindistanın Gucerat əyalətində də bir oğlan uşağı 3 əllə anadan olub.

Banu








































































.jpg)

.jpg)




















