Şirkətin adı nəyə görə məhz "Apple"dir?

Şirkətin adı nəyə görə məhz "Apple"dir?

1 Avqust 2011 14:15
Bəyəndim (0) Bəyənmədim (0)
Şirkətin sahibi haqda bilinməyən gerçəklər

Səhhətindəki bəzi problemlərə görə uzun müddət gözlərdən uzaq qalan, hətta 6 aylıq ömrü qaldığı söylənilən, ən son "iPad2"nin reklam rolikində kameralar qarşısına keçən "Apple"in "patronu" haqda bilinməyən 15 həqiqət.

1 - 1973: məktəbi tərk etdi
1976: "Apple"ni qurdu
1985: "Apple"dən çıxdı

1985: "NexT"i qurdu
1986: "Pixar"ı aldı
1996: "Apple"yə geri döndü
2006: "Pixar"ı satdı

2 - Aleksandr Qraham Bell, Albert Eynşteyn, Henri Ford kimi Stivin də "disleksiya" - öyrənmədə çətinlik çəkmə kimi xəstəliyi var.

3 - Stiv Cobs sözün əsl mənasında baş bəlası imiş. Hətta 2-ci sinifdə sinfə ilanlar buraxdığını və bomba partlatdığını özü etiraf edib.

4 - "Apple" qurulduğunda bütün işçilərin iş kartının üzərinə ad və soyadı və işə girmə sırasına görə nömrəsi yazılırdı. Stiv bu kartda "0" nömrədir.

5 - 12 yaşından etibarən kompüterə həvəs göstərib. Artıq bir neçə ildən sonra kompüterin "atasına" çevrilib.

6 - Bər-bəzəkli yazı sənəti olan kaliqrafiyanı sevir.

7- Bir müddət gecə növbəsində çalışıb. O vaxtlar ondan pis iy gəlirdi və çimmək nədir, bilmirdi.

8 - 22 yaşında ilk kostyumunu alıb. O vaxtlar "Apple"in tanıtım mərasimi keçirilirdi. Elə bu səbəbdən də məcburiyyət qarşısında qalıb, kostyum almışdı.

9 - Günlük uniforması "St Croix" ipək boğazlı futbolka, "Levis" markalı cinsi (100-dən artıq olduğu bilinir), "N.Balance" ayaqqabısıdır.

10 - Bir dəfə öldüyü bildirilmişdi. "Bloomberg" 2008-ci ildə bu informasiyanı göndərmiş, bu xəbər anında internetdə yayımlanmışdı.

11 - Tam bir meyvə vurğunudur. "Apple"in (alma) adı da məhz onun xüsusilə almaya olan sevdası ilə bağlıdır. Stiv və arvadı vegetariyandırlar və heyvani ətlərdən uzaq gəzirlər.

12 - "Pepsi Co."nun da prezidentini onunla işləməyə dəvət etdi. Onun bu sözləri Con Skuleyi yoldan çıxartdı: "Ömrün boyunca şəkərli su satmaq, yoxsa dünyanı dəyişdirmək istəyirsən?"

13 - Cobs ildə "Apple"dən 1 milyon dollar maaş alır. "Disney"dəki hissələrindən isə onu illik gəliri 48 milyon dollardır.

14 - "Forbes"in ən zənginlər siyahısında 136-cı yerdədir. Sərvəti isə 5.5 milyard dollardır.

15 - Zarafatı çox xoşlayır. 2007-ci ildə təqdimat mərasimində "Starbucks"a zəng dərək, 4000 dənə südlü qəhvə sifarişi vermişdi.

Və onun barəsində ən son bomba da məndən gəlsin. Əldə etdiyim məlumata görə, şirkətinin Amerikadan daha artıq nağd pulu olan Stiv Cobs övladlığa götürülüb. Uşaq evindən hazırkı ailəsi tərəfindən götürülən bu uşaq kim bilirdi ki, gələcəyin ən bacarıqlı iş adamına çevriləcək? Sadəliyə üstünlük verən "Apple"in müdiri ailəsi ilə yaşadığı kiçik məhəllənin kiçik evindən vaz keçmir.

Mənim də mobil telefonumun markası "Apple"dır. Amma o qədər yerə çırpılıb ki, almanın soku çıxıb.

Günel Həbib

O.M.