100 yaşlı gözəl

100 yaşlı gözəl

28 İyul 2011 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da nənələr arasında gözəllik yarışması keçirilib. Müsabiqə ABŞ-ın Alabama ştatının qocalar evində keçirilib. Bütün ştatdan gözəllik tacı uğrunda 75 gözəlçə yarışıb. Hər bir gözəl nənə yaşadığı qocalar evinin şərəfini müdafiə edib. Yarışmanın qalibi Andalusiyadan olan 100 yaşlı Felma Şrimşayer seçilib. Felma Şrimşayerin ABŞ-ın bütün ştatları, Kanadanın vilayətləri və Avropanın böyük hissəsinə səyahətləri ilə bağlı xatirələri hamını heyran qoyub. 100 yaşlı gözəl həmçinin İkinci Dünya Müharibəsi zamanı ordudakı xidməti, eləcə də həyatındakı başqa heyranedici hadisələr haqda danışıb. Felma Şrimşayer müsabiqənin şərtlərinə görə, gözəllik tacı, gül dəstəsi və diplomla mükafatlandırılıb.

Qoca var ki, "min cavana dəyər".

Tofiq Əliyev

O.M.