200 illik şərab 125 min avroya satıldı

200 illik şərab 125 min avroya satıldı

27 İyul 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada keçirilən hərracda 1811-ci il istehsalı olan bəyaz şərab 125 min avroya alıcısını tapdı. Bordeauks şəhərindəki "Chateau d'Yquem" bağlarında yetişdirilən üzümlərdən əldə olunan 200 illik şərab dünyanın ən bahalı şərabı olaraq Ginnesə daxil oldu. Fransız şərab mütəxəssisi, kolleksiyaçı Kristian Vonneque tərəfindən alınan şərab 1999-cu ildə şərab dequstatorları Robert Parker ve Per-Henrik tərəfindən 100 üstündə 100 bal almışdı. Şərabın yeni alıcısı sentyabr ayında İndoneziyada açacağı restoranda onu sərgiləyəcəyini söylədi. Əsasən ağ şərablar köhnəlmir və tərkibindəki balanslı turşu nisbəti sayəsində dadı daha da ləzzətli, qiyməti isə baha olur.

Cibimdə siçan ac ola-ola 125 min avroluq şərabı içsəm, qurğuşun kimi boğazıma yapışar.

Günel Həbib

O.M.