Dmitri Medvedevi ələ saldılar

Dmitri Medvedevi ələ saldılar

27 İyul 2011 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada dünən bilinməyən müxalif bir qrup tərəfindən prezidenti "Kapitan Amerika" cizgi filminin qəhrəmanı olaraq göstərən afişaların asılması Kremli özündən çıxartdı. Daha öncə Dmitri Medvedev və Vladimir Putini müxtəlif qəhrəmanlar və ya Ceymz Bonda bənzədən afişaları düzəldən və onları küçə boyunca asanlar haqda araşdırmalar davam edir. Yenicə yayımlanmağa başlayan "Kapitan Amerika - İlk yenilməz"dən ilham alınan afişada "Kapitan Rusiya - Birinci lider" deyə yazılır. Kapitan Amerikanın böyük qalxanı yerinə Medvedevin əlində "iPad" var. Afişanı hazırlayan şəxs Fransanın "AFB" agentliyinə, "Məmurlardan qorxmuram. Mən terrorçu deyil, sənətçiyəm. Sənətim heç kimə zərər vermir", - deyib.

Afişa şou proqramlar və ya konsertlər üçün vurulur. Medvedevlə Putin seçkiqabağı şou göstərirlər axı...

Günel Həbib

O.M.