34 barmaqlı balaca hindli

34 barmaqlı balaca hindli

27 İyul 2011 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Axşat Saxena 34 barmağı ilə "Ginnesin Rekordlar Kitabı"na daxil olub. Hindli uşağın əllərində 14, ayaqlarında isə 20 barmağı var. Normal yaşıdlarından sadəcə bu xüsusiyyəti ilə fərqlənən Axşata barmaqlarının çoxluğu xeyli çətinlik versə də, artıq o, bu həyata adaptasiya olmağa çalışır. Hər kəs bu balacanı 34 barmaqlı biri kimi tanıyır. Artıq o, bir rekordçu adını da qazanıb.

Tibbi ədəbiyyatda "polidaktli" (normaldan artıq barmaq) adı verilən bu xəstəliyin pəncəsinə keçən 1 yaşlı Axşat əməliyyata hazırlaşır. Bu əməliyyatdan sonra o da normal uşaqlar kimi normal barmaqlara sahib olacaq.

Bu xəbər lap hind kinosuna oxşadı...

Günel Həbib

O.M.