18 yaşında 2.13 sm uzunluqda olan nəhəng adam

18 yaşında 2.13 sm uzunluqda olan nəhəng adam

25 İyul 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)
Öləndə isə onun boyu xeyli artmışdı

Robert Perşinq Vadlou "Ginnesin Rekordlar Kitabı"ndakı rəsmi yerini dünyanın ən hündür insanı olaraq alıb. Doğulduğunda normal bir uşaq kimi 3 kq olan Robert 6 aylıq ikən 11, 18 aylıq ikən 23 kq olub. İnanılmaz şəkildə böyüyən qəhrəmanımız 8 yaşında 187 sm boya, 72 kq ağırlığa sahib olub. Ailəsindəki digər üzvlərin heç birində görülməyən bu boyla o, 13 yaşında 2.18 sm qədər uzana bilib. O, digər həmyaşıdları kimi normal həyat tərzi sürdürməyə çalışırdı. Halbuki, boyundan savayı həmyaşıdlarından heç nə ilə fərqlənmirdi. Hobbisi pul kolleksiyası toplamaq və fotoqrafçılıq idi.

18 yaşına qədəm qoyduqda boyu 2.13 sm olan Robert üçün geyim getdikcə bahalaşırdı. Normaldan 3 qat pul xərcləyirdi. Bunu görən ayaqqabı firmalarından biri onun üçün uzun müddət pulsuz ayaqqabı istehsal etdi. Təbii ki, bunun başqa bir yolla qarşılığı olacaqdı. 20 yaşında ikən Robert bu firma üçün 800-dən artıq bölgəni, 41 əyaləti ziyarət etdi. Ata-oğul 300 min km yol qət etdilər.

1920-ci ildə tibb onun bu xəstəliyinin qarşısında ancaq aciz qala bilirdi. 1937-ci ildə o, dünyanın ən hündür insanı adına layiq görüldü. 1940-cı ildə ayağına düşən bir infeksiyaya görə öldü. Öldüyündə boyu 2.72 sm, kilosu isə 182 kq idi. Dəfn mərasimi zamanı bütüm dükanlar bağlandı. Onun xatirə dəftərinə 40 mindən artıq insan imzasını atdı. Məzar daşının üzərində isə "İstirahət edir" sözü yazıldı. Ölümündən sonra ailəsi onun adının "əcaib insan" olaraq anılmaması və əşyalarının sərgilənməməsi üçün onları məhv etdi.

Hər kəs öləndə özü ilə cəmi 3 metr bez aparır. Gərək yaxşı ad qoyub gedəsən. O isə ən azı 6 metr apardı və ad qoyub getdi...

Günel Həbib

O.M.