Milyarder adını əbədiyyən səhraya yazdırdı

Milyarder adını əbədiyyən səhraya yazdırdı

23 İyul 2011 20:17
Bəyəndim (0) Bəyənmədim (0)
Hərif kosmosdan da görünmək istəyir

Abu-Dabi əmirliyindən olan 63 yaşlı şeyx Hamav bin Hamdan əl Nahyan adını 1 km uzunludakı hərflərlə səhraya yazdırdı. Şeyxin sahibi olduğu Əl-Futaysi adasındakı ismi 3.2 km uzunluqda olduğu üçün hətta kosmosdan da görünür. Adın ilk iki hərfi dəniz yolu ilə həkk olunub deyə dalğalar onu silə bilmir. 22.5 milyard dollar sərvəti olan şeyxin 200 avtomobili var. Bunlardan 7 "Mercedes" ayrı-ayrı rəngdə olduğu üçün ona bəzən "Göyqurşağı şeyxi" də deyirlər. Evini piramida şəklində inşa etdirən şeyx daha öncə də dünyanın ən böyük Kamaz maşınını sifariş vermişdi. Onun adı bəzi hallarda tibb dünyasında xeyriyyə işlərinə qol qoyduğu üçün də çəkilir.

Adam var ki, adını səhraya yazdırır, biz isə ancaq məqalənin altına yaza bilirik...

Günel Həbib

O.M.