Yeni ilan növü tapılıb

Yeni ilan növü tapılıb

13 Noyabr 2015 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

AMEA Zoologiya İnstitutunun Herpetologiya laboratoriyasının əməkdaşları Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar.

AMEA-dan verilən xəbərə görə, araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhədinə qədər uzanan kserofit dağlıq ərazilərini əhatə edir. Əldə edilən tapıntı Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısının Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayıldığını sübut edir.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Növün vertikal və horizontal istiqamətlərdə yayılmasının öyrənilməsi planlaşdırılır.

Mediainfo.az