120 ildir hamilədir
Çinin Jehol bölgəsindən tapılan qalığın 120 milyon illik kərtənkələyə aid olduğu bildirildi. Qalığın üzərində araşdırma aparan mütəxəssislər heyvanın hamilə olduğunu və embrionların bu illər ərzində heç zədə almadığını söylədilər. Tapılan kərtənkələnin doğulmadan qısa müddət əvvəl öldüyü ortaya çıxdı. O, 30 sm uzunluqdadır və elmdə adı "Yabeinosaurus" kimi tanınır. Yeni tapıntı 100 və daha çox illər bundan əvvəl yaşayan bu tip kərtənkələ növünün təkamül müddətini araşdırılması üçün yaxşı bir fürsət olaraq görülür. Bölgə vulkanik olduğu üçün dinozavr, kərtənkələ, sürünənlər, quş kimi heyvanların qalıqlarının burada xəsarət alınmamış bir şəkildə tapmaq mümkündür.
Yaxşı ki, biz kərtənkələ deyilik.
Günel Həbib
O.M.
Digər xəbərlər