Meymunlara analıq edən qadın
İstər dəli deyin, istərsə də meymunların dostu. Amma ortada bir gerçək var. Coni Tibs hara gedirsə, makakaları da onu addım-addım izləyir. Biz it, pişik, tutuquşu bəsləyənləri adi qəbul edirik. Ancaq kimin ağlına meymun gələ bilər ki? 37 yaşlı Coninin tərcihi bir az fərqlidir. "Onlar mənim uşaqlarım kimidirlər. Mənə çox bağlıdırlar. Hətta bəzən məni qısqanırlar da", - deyə bildirən "makaka anasının" öz uşaqları da var. Bir oğlan, bir qız anası olan bu qadının orijinal sevgisi onlar tərəfindən qəbul edilib. Ailə meymunlarla yatıb-qalxır.
Bala meymun, ana insan.
Günel Həbib
O.M.
Digər xəbərlər