
Kəsilməsini hiss edən öküz aləmi bir-birinə vurdu
Bakıda maraqlı hadisə baş verib. Qəssabdan qaçan öküz yaxınlıqdakı evlərdən birinə girib. Ev sakini öküzü zərərsizləşdirmək üçün onu güllələyib. Hadisə Yasamal rayonu ərazisində baş verib. Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Bakı sakini Zəka Babazadəyə məxsus B.Məmmədov küçəsi 43-də yerləşən ət dükanının qarşısından ipi qıraraq, qaçan öküz Mustafa Sübhi küçəsi 157 ünvanda yaşayan Fikrət Axundovun həyətinə girib.
Öküz həyət evindəki avtomobili əzib. Daha sonra öküz həmin ünvanda yaşayan 1953-cü il təvəllüdlü Elmira Nəzərovanı vuraraq, ona xəsarət yetirib.
E.Nəzərovanın oğlu 1979-cu il təvəllüdlü Anar Nağıyev özünə məxsus 12 kalibrli ov tüfəngi ilə öküzü güllələyərək, zərərsizləşdirib.
Mediainfo.az
Digər xəbərlər