Hey, millət, suya belə tullanmaq lazımdır!
Bu insanlar nə edirlər?
Nə plaking (üz üstə yatma), nə də ovling (bayquş kimi oturma). İnsanlığın son "xəstəliyi" hovuza atılarkən havada poza verməkdir.
Siz hələ də bu dəbə ayaq uydurmamısınız? O zaman iş adamısınız. Yoxsa belə bir dəbi əldən qaçırmağınıza imkan yoxdur! Əsasən gənclərin son dəbi hovuza tullanarkən havada poza verməkdir. Əslində, hamısı suya tullanır, ancaq havada çəkilən kadrlar onları uçan kimi göstərir. Bu fotolar özəl bir saytda yer alıb və şüarı da belədir: "Yaşa və baş vur!" LeisureDive.com bir sıra insanın hovuza hansı pozisiyada necə baş vurduğunu əks etdirən bir saytdır. Dəlilikmi, çılğınlıqmı? Siz qərar verin.
Biz isə ancaq hamamdakı vannaya baş vururuq...
Günel Həbib
O.M.
Digər xəbərlər