NASA Saturnda okean tapdı

NASA Saturnda okean tapdı

16 Sentyabr 2015 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

NASA-nın Cassini kosmik gəmisi Saturn planetinin altıncı böyük peyki "Enceladus"un buz səthinin altında bütün kürəni əhatə edən bir okean olduğuna dair detallar tapıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat NASA-nın rəsmi saytında yer alıb. Cassini kosmik gəmisinin göndərdiyi şəkilləri araşdıran tədqiqatçılar, peykin səthindəki titrəyişlərin böyüklüyü buz səthinin tamamilə donmadığını beləliklə, onun altında bütün kürəni əhatə edən okeanın olduğunu bildiriblər.

Qeyd edilib ki, buz səthinin altındakı böyük axıcı su kütləsində naməlum dəniz canlılarının olması ehtimalı da var.

Qeyd edək ki, bu böyük kəşf, yeddi il davam edən araşdırmaların nəticəsində əldə olunub.

Mediainfo.az