Daun xəstəsi olan qız podiuma çıxdı- FOTO

Daun xəstəsi olan qız podiuma çıxdı- FOTO

16 Sentyabr 2015 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Daun sindromlu avstraliyalı model Madelin Stüart Nyu-York Moda Həftəsi çərçivəsində podiuma çıxıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Madelinin ilk böyük nümayişidir. 18 yaşlı model Hendrik Vermyulenin yaz geyimləri kolleksiyasını təqdim edib.

Madelinin anası "Dailymail"ə iyul müsahibəsində bildirmişdi ki, onlar qızlarının xoşbəxt olması üçün hər şeyi edirlər:

"Ona göstərmək istəyirik ki, Daun sindromu ilə doğulan insanlar da bu həyatda hər şeyə nail ola bilirlər. Daunlu qızlar da gözəl və seksual görünüşə sahib ola bilərlər".

Qeyd edək ki, M.Stüart "EverMaya" brendinin simasıdır. Bu markanın əldə etdiyi gəlirlərin 5 %-i Daun sindromu ilə doğulanlara yardım fonduna verilir.

Mediainfo.az