Qubada çəkisi 49 kq olan balqabaq yetişdirilib - FOTO

Qubada çəkisi 49 kq olan balqabaq yetişdirilib - FOTO

3 Sentyabr 2015 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonu, Zərqova kəndində ümumi çəkisi 49 kiloqram olan balqabaq yetişdirilib. Apa -nın şimal bürosunun verdiyi məlumata görə, qeyri adi təbiət hadisəsi kənd sakini Nadir Qədimovun həyətyanı sahəsində baş verib. Belə ki, onun sahəsində çəkisi 49 kq olan balqabaq yetişib. İlk dəfə belə hadisə ilə qarşılaşdığını deyən təsərrüfat sahibi bunu möcüzə adlandırır. Həmişə olduğu kimi adi balqabaq toxumu əkdiyini deyən N.Qədimov, tağlara qulluq zamanı tərəvəzin sürətlə böyüdüyünü müşahidə edib. N. Qədimovun sözlərinə görə, məhsula adi qaydada qulluq edib. Heç bir kimyəvi preparatdan istifadə etməyib.

49 kiloqram ağırlığında olan balqabağın diametri 1,8 metrdir.

Mediainfo.az