Azərbaycan məhkəməsində qeyri-adi hökm

Azərbaycan məhkəməsində qeyri-adi hökm

3 Sentyabr 2015 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fikrət Nəsibov 740 manat cəriməni 1 qəpikliyə çevirdi

Bakının Sabunçu rayon Məhkəməsində maraqlı hadisə baş verib. Fikrət Nəsibov adlı Bakı şəhər sakini adı açıqlanmayan digər vətəndaşa məhkəmədə uduzub.
Fikrət Nəsibova məhkəmə tərəfindən 740 manat cərimə kəsilib. Məhkəməni uduzan tərəf cəriməni maraqlı şəkildə ödəyib. Belə ki, Fikrət Nəsibov 740 AZN-i 1 qəpikliyə çevirib və məhkəmənin iştirakı ilə qarşı tərəfə ödəyib.
Xatırladaq ki, bu cür hadisə Samsung və Apple şirkətlərinin arasında da baş vermişdi. (modern)

Mediainfo.az