
Dünyanın ən gözəl qartalı
Sadəcə Filippinlərdə yaşayan və dünyanın şn gözəl, ən nəhəng qartalı qəbul edilən "Filippin qartalı" (Pithecopaga jefferyi) nəslinin tükənməsi təhlükəsiylə qarşı-qarşıyadır.
Filippinlərin şimalında - Mindano adasında yerləşən Davao şəhəri bu tip qartalların qorunması üşün fəaliyyət göstərən qoruğa ev sahibliyi edir. Mərkəzin göz bəbəyi isə 7 yaşlı Binaydır. Binay bu gün vəhşi təbiətdə sadəcə 500 cütü qaldığı düşünülən "Filippin qartalı" ən öndə gələn təmsilcisidir. Çox bacarıqlı ovçu olan bu qartalların boyu 1, qanadlarının genişliyi isə 2 metrə qadər uzana bilir.
Hər nə qədər qanun tərəfindən qorunsalar da, onların gözəlliyi qarşısında valeh olan ovçuların diqqətini cəlb edir. Və ona görə də tez-tez ovçuların yemək masalarını "bəzəyirlər", ağızlarını isə dadlandıırlar.
O ki qaldı qoruma mərkəzinə, "Filippin qartalı"nın nəslinin tükənməməsi üçün işçilər əllərindən gələni əsirgəmirlər.
Günel Həbib