VİDEO-Azərbaycanlı qadın ruhla yaşayır

VİDEO-Azərbaycanlı qadın ruhla yaşayır

18 İyul 2011 09:55
Bəyəndim (0) Bəyənmədim (0)
Ruh onun həyatını xilas edib

Yəqin ki, "Ruh" filmini izləmisiniz. Orada qadının sevdiyi ruhla təmasda olduğunu görmüsünüz. Əlbəttə ki, bu bir filmdir. Nəzərə alsaq ki, filmlərin ssenarisi həyatdan götürülür, bugünkü qonağımızın dediklərinə diqqət yetirməyinizi tövsiyə edərdik. Onun sizlərə deyiləsi sözü çoxdur. Belə ki, artıq bir neçə ildir ruhla yaşadığını, onunla təmasda olduğunu bildirir. Hətta iddia edir ki, həmin ruh onu dəhşətli bir qəzadan xilas edib. Sözsüz ki, qonağımızın dedikləri birmənalı şəkildə qarşılanmayacaq. Ancaq bir həqiqəti qeyd etməliyəm ki, onunla danışan zaman sanki ağır bir yük sinəmdən asılmışdı. İnanın səmimiyyətimə ki, ara-sıra qəribə hisslər keçirirdim. Sanki hansısa bir qüvvə ətrafda dolaşaraq bizə mane olmağa çalışırdı. Bəlkə elə buna görədir ki, 2-ci kadrın ortalarına yaxın həmsöhbətimin səsi ilə görüntüsü arasında uyğunsuzluq yarandı. Və ya 5-ci kadr ümumiyyətlə efirə verilə bilmədi və tamamilə silindi. Onu da qeyd edim ki, məhz 5-ci kadrda həmsöhbətim ruh barədə bəzi həqiqətlərə aydınlıq gətirmişdi.

Odur ki, gəlin süjeti izləyək.

Mehriban Bəylərqızı

O.M.