Bu məlumat klaviatura ilə yazılmayıb

Bu məlumat klaviatura ilə yazılmayıb

12 İyul 2011 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Texnologiya şirkəti olan "Sestek" klaviaturaları rəflərə qaldıracaq yeni proqram icad etdi. Mikrofon sayəsində söylənilənləri eyni zamanda mətnə çevirməyi bacaran şirkət texnologiya dünyasında yeni bir dövr başlatdı. Söylənilənləri saniyə belə keçmədən mətnə çevirən proqrama ən çox həkimlər və hüquqşünaslar maraq göstəriblər. Peşələri də nəzərə alan proqram hər bir cümləni asanlıqla mətnə çevirə bilir. Yaxında bütün texnologiya cihazlarının səslə idarə etmənin mümkünlüyündən bəhs edən şirkətin rəhbərlərindən Serdar Karadayı, "Bütün növ riyazi, texniki terminləri belə yazıya çevirməyi bacardıq", - dedi.

Elmin inkişafı insanların işini daha da asanlaşdırır

Günel Həbib

O.M.