Boşanmaq istəyənlər bu məhkəməyə gələ bilərlər

Boşanmaq istəyənlər bu məhkəməyə gələ bilərlər

7 İyul 2011 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyada orijinal mehmanxana qapılarını müştərilərinin üzünə açdı. Məlumata görə, boşanmaq istəyən cütlük bu istəyini mehmanxanada bir neçə gün dincəlməklə asanlıqda reallaşdıra bilər. Orada yalnız xidmət personalı deyil, təcrübəli vəkillər, psixoloqlar, notarius və sair fəaliyyət göstərir. Onlar cütlüyün ayrı-ayrı nömrələrdə qaldığı, hovuzda üzdüyü və dincəldiyi bir neçə gündə boşanma üçün lazım olan bütün işləri yüksək səviyyədə görür. Beləliklə, mehmanxanaya ər-arvad kimi girən cütlük bir neçə gün dincəldikdən sonra oranı sərbəst insanlar kimi tərk edir. Bu, bezdirici nikahdan canını qurtarmaq istəyən şəxslərə 2500 avroya başa gəlir.

Bu cür istirahətə görə ildə 2500 dəfə boşanmaq olar...

Günel Həbib

O.M.