İslandiyada siqaret reseptlə satılacaq

İslandiyada siqaret reseptlə satılacaq

6 İyul 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)


İslandiyada yeni qanun layihəsi parlamentin ixtiyarına verildi. Bu qanuna görə, siqaret yalnız reseptlə - həkimin rəsmi təsdiqi ilə satılacaq. Ölkənin Səhiyyə naziri Siv Friedleifsdottir tərəfindən yaradılan qanunda əsas məqsəd nikotinin kontrol altına alınması və səhhətə olan zərərinin minimum səviyyəyə çatdırılmasıdır. Ayrıca bu minvalla siqaretin süni qiymətləndirilməsi 26 dollardan 8 dollara enəcək. İslandiya siqaretə "yox" deməkdə iddialıdır və bu yöndə işlərini davam etdirməkdədir. Bunun sayəsində ölkədəki siqaret çəkənlərin sayı 20 il ərzində 50 faiz azalıb.

Siqaret çəkənləri başa düşə bilmirəm. Sağlamlıq heç, axı cibə ziyandır...

Günel Həbib

O.M.