Bu qız hər gün dişini çəkdirir

Bu qız hər gün dişini çəkdirir

1 İyul 2011 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Tokiodakı Şova Universitetində ərsəyə gətirilən "Showa Hanako 2" adlı robot stomatologiya fakültəsinin tələbələrinə gerçək işləmə meydanındakı kimi təcrübə toplamağa imkan yaradır. Üzü yumşaq dəri silikondan ibarət olan robot hava ilə işləyən əzələlərə sahibdir. Səsli əmrləri yerinə yetirərək, ağzını açıb-bağlayan robot müalicə sırasındakı ağrı-acıları həm kompüterə, həm də həkimə səsli şəkildə bildirir. O, adi xəstə kimi asqıra, əsnəyə, öskürə və ağzını müəyyən səviyyədə açıb-bağlaya bilir. Müalicənin sonunda robotun verdiyi bilgilər kompüterdə analiz edilməyə başlanır. Bu minvalla diş həkimi namizədinin performansı ölçülür. "Showa Hanako 2 " ilin sonuna qədər Yaponiyada satışa çıxarılacaq. Qiyməti isə hələ bilinmir.

Gərək robot olasan ki, hər gün dişini çəkdirəsən. Mən işin pul hissəsini nəzərdə tuturam.

Günel Həbib

O.M.