Öz ürək əməliyyatını lentə köçürtdü

Öz ürək əməliyyatını lentə köçürtdü

1 İyul 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

İrlandiyalı - ödüllü fotoqraf Çarlz Mak Quillan öz ürək əməliyyatını ölümsüzləşdirərkən bir ilkə imzasını atmış oldu. Belə ki, ürək damarlarında daralma olan 41 yaşlı Çarlz həyati əhəmiyyəti olan bu əməliyyatı fotoaparatının lentinə köçürtmək istədi. O, həkimlərin izni ilə əməliyyat otağını foto-studiyaya çevirməyi bacardı. Əməliyyat masasının hər iki ucuna və tavana aparatları yerləşdirdi. Prosesdə xəstəyə lokal-narkoz edildiyi üçün o oyaq qaldı. Və uzaqdan idarə etdiyi aparatları ilə möhtəşəm kadrlar çəkilmiş oldu. Xatırladaq ki, Mak Quillan bu işi ilə İrlandiyada "İlin mətbuat fotoqrafı" adını da aldı.

Ürəyinizi qoruyun, çünki orada sevdikləriniz var...

Günel Həbib

O.M.