Obama ilə Putin tam çılpaq halda üz-üzə dayandılar-VİDEO

Obama ilə Putin tam çılpaq halda üz-üzə dayandılar-VİDEO

1 İyul 2011 00:05
Bəyəndim (0) Bəyənmədim (0)
DİQQƏT! 16 yaşdan kiçik olanlar bu yazını oxumasınlar!

Dünyanın ən böyük erotik muzeyi Rusiyanın paytaxtı Moskva şəhərində açıldı. Bu barədə Rusiya mətbuatı ağızdolusu yazır və kadrlar nümayiş etdirir. "Музей эротики точка джи (Erotika muzeyi nöqtə ci )" adlanan yeni müəssisə 800 kvadrat metrdə 3000-dən artıq eksponatla qonaqlarının üzünə açılıb. Tarixin bütün mərhələlərini əks etdirən nümunələr coğrafi baxımdan da miqyaslıdır, planetimizin bütün qitələrini əks etdirir. Muzeyin ən qalmaqallı eksponatı isə ABŞ prezidenti Barak Obama ilə Rusiya baş naziri Vladimir Putinin çılpaq şəkilləridir. Hər iki siyasətçi tabloda üz-üzə qoyularaq rəngli "orqanları"nın ölçüləri ilə sanki bir-birinə açıq verirlər. Onlardan başqa Ukraynanın xanım baş naziri, Böyük Britaniyanın xarici işlər naziri, baş naziri, Britaniya şahzadəsi və bir çox ölkə rəhbərləri çılpaq "poza verirlər". Bundan başqa, səhnə ulduzlarının da çılpaq şəkilləri və siluetləri eksponatlar arasında yer alır. Qəribə heykəllər, şəkillər və sair bu kimi eksponatlarla yanaşı muzeydə erotik dükan, kafe, kinoteatr da fəaliyyət göstərir. Muzey bu günlərdə açılsa da, ziyarətçi əlindən tərpənmək olmur. Hər kəs razılığını bildirir. Respondentlər arasında keçirilən sorğuda o da məlum olmuşdur ki, qonaqlar muzeyi təkcə əyləncə məkanı kimi deyil, həmçinin maarifləndirmə ocağı kimi qiymətləndirirlər. Burada hətta siyasi diskussiyalar da aparılır.

İçkiyə meylli rusların cinsi fəallığı azaldığı üçün onlar erotikanı muzeydə yaşadırlar...

Natiq Qocaman

O.M.

Qeyd: Rusiya kanallarında efirə verilən ən abırlı süjeti tapıb sizlərə təqdim edirik. İnanın ki, digərlərini görsəydiniz, dəhşətə gələrdiniz.