Vüsal Bayramov rəsmini çəkən qızla evlənir - Foto
MMA üzrə peşəkar idmançı, dünya çempionu Vüsal Bayramov onun rəsmlərini çəkən gənc qız Nigar Hacıyeva ilə evlənəcək.
Bu haqda çempion özü Axar.az-a məlumat verib. O bildirib ki, Nigarın çəkdiyi şəkilləri görəndə qızın ona hədsiz sevgi ilə yanaşdığını anlayıb. Uzun illər çempionun karyerasını izləyən gənc rəssam Vüsalın 1000-dən yuxarı rəsmini çəkib.
Ən maraqlı fakt isə ondan ibarətdir ki, Nigar Hacıyeva heç bir rəssamlıq məktəbinə getmədən qrafik üslubda qəliz fotoportretlər yarada bilir:
"Qəribəsi budur ki, o, heç məndə olmayan fotoşəkillər əsasında rəsmimi çəkib və inanılmaz oxşarlıq yaradıb. Bu qızı görənə qədər ümumiyyətlə ailə haqqında düşünmürdüm, yalnız Nigar mənim həyatıma bir sevinc gətirdi. Bütün otaq onun mənə hədiyyə etdiyi rəsmlərdən ibarətdir", - dünya çempionu deyib.
Xatırladaq ki, Vüsal Nigarla artıq nişanlıdır və yaxın zamanda sevgililər ailə qurmağa hazırlaşırlar.
Mediainfo.az








































































.jpg)

.jpg)




















