Əmziklə böyütdükləri qorilla uşaqlarını əvəz etdi

Əmziklə böyütdükləri qorilla uşaqlarını əvəz etdi

30 İyun 2011 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Lion şəhəri yaxınlığındakı "Saint- Martin la-Plaine" zooparkının sahibi Sivillon cütlüyünün "Diqit" adlı qorillaya olan bağlılığı heyranedicidir. Anası tərəfindən qəbul edilməyən qorillanı kiçik yaşlarından Pyer və Elayn himayəsi altına götürüb. Diqitə bir növ valideynlik edən cütlük onu yanlarından bir addım belə ayırmayıblar. Hətta sağlamlığında problem üzə çıxarkən, iki dəfə əməliyyat keçirərkən qayğılarını ondan əsirgəməyiblər. "Valideynlər" qorillanın heç vaxt onlara zərər vermədiyini söyləyərək, bu cür hadisənin yaşanmayacağına əmin olduqlarını da dilə gətiriblər.

Soy-kökünə hörmət insanın borcudur. Axı Ç.Darvinin dediyinə görə, insan meymundan əmələ gəlib.

Günel Həbib

O.M.