
400 kq-lıq ayı ilə qucaqlaşaraq yatır
Kanadalı heyvan müəllimi Mark Dumas ilə qütb ayısı arasındakı yaxınlıq görənləri heyrətə gətirir. Təxminən 400 kq ağırlıqda, 2 metr uzunluqdakı Aqee adlı ayı Dumasla yatıb-qalxır, üzür, hətta güləşir. Başını heyvanın nəhəng dişləri arasına soxmaqda tərəddüd etməyən Mark bütün bunları başqalarının da həyata keçirməsinin təhlükəli olduğuna diqqət çəkib. O, 40 ildir ayıların içində olduğu üçün artıq professionala çevrilib. Filmlərdə və reklamlarda görünən Aqee isə müəllimindən başqa digər insanlarla arasındakı məsafəni qorumağı bacarır.
Ayı var ki, adam kimi dil bilir, adam var ki, ayıdanda ayıdır...
Günel Həbib
O.M.
Digər xəbərlər