Diqqət! Uşağı tapdalama....

Diqqət! Uşağı tapdalama....

28 İyun 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

İlk baxışda nə olduğunu anlamaq olduqca çətindir. Bir kişi küçənin ortasında yerə uzadılmış yeni doğulmuş körpələrin üstündən sürətlə tullanır. Bura İspaniyanın Murcia şəhərinin yaxınlığındakı Kastrillo qəsəbəsidir. Hər il düzənlənən "El Kolaço" bu dəfə də rəngli səhnələrə şahidlik etdi. Artıq adət halını almış bu görüntülərdə məqsəd uşaqları müqəddəs etmək və qəsəbəni günahlarından azad etməkdir. "El Salto del Kolaço" - şeytanın tullanışı adı altında keçirilən bu proses ispanların maraqlı ənənələrindən sadəcə biridir. İspan katoliklər bu festivalı hər il qeyd edirlər. Şeytan və mələk qılığındakı rəqsçilərsə bütün qəsəbənin turuna çıxaraq, insanları əyləndirirlər.

Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur.

Günel Həbib

O.M.