110 yaşlı lampa hələ də yanır

110 yaşlı lampa hələ də yanır

27 İyun 2011 18:01
Bəyəndim (0) Bəyənmədim (0)
Müasir lampaların gözündən iraq

The Telegraph qəzetinin bildirdiyinə görə, ABŞ-ın Livermor şəhərinin sakinləri qəribə bir yubileyi qeyd etməyə hazırlaşırlar. Daha dəqiq desək, onlar 110 ildir fasiləsiz yanan 4 vattlıq lampa artıq 1 əsrdən çoxdur ki, xarab olmaq bilmir. Kaliforniya ştatının kiçik şəhərciyinin yanğınsöndürmə anbarını işıqlandıran bu möcüzə həmkarları arasında ən uzunömürlüsü hesab olunur. Onu idarəyə 1901-ci ildə bir iş adamı bağışlayıb. 1903-cü ildə 1 gün, 1937-ci ildə 1 həftə, 30-70-ci illərdə elektrik kəsilməsi nəticəsində fasilələr verməli olan lampa sonradan yenidən öz missiyasına davam etmişdir. Alimlər bu fenomenin qarşısında acizdirlər. Şəkilə diqqətlə baxsanız, bəlkə siz nə isə anlaya bildiniz.

Bizim lampalar da yanırlar. Amma sözün digər mənasında...

Hafiz Əhmədov

O.M.