Bin Ladeni öldürən hərbçinin kimliyi bilindi

Bin Ladeni öldürən hərbçinin kimliyi bilindi

6 Noyabr 2014 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Əl Qaidə" terror təşkilatının rəhbəri Üsəma Bin Ladeni öldürən şəxsin kimliyi bəlli olub. ANS PRESS-in məlumatına görə, "Daily Mail" onu Pakistanda güllələyən amerikalı xüsusi xidmət orqanı əməkdaşının adını açıqlayıb. Bu 38 yaşlı Rob O`Nil olub. Məlumata görə, o 3 dəfə Ben Ladenini başından güllə ilə vurduğu üçün 2011-ci ilin may ayında mükafatlandırılıb.

Əvəllər o kimliyinin açıqlanmasının əleyhinə olub. Lakin sonradan xidmətdən vaxtından öncə çıxarıldığı üçün sosial güzəştlərdən məhrum olub. Mətbuatda yer alan məlumata görə, o əvvəll Montana ştatında atası ilə yaşayıb. Lakin uğursuz sevgidən sonra dəniz piyadası olmağa qərar verib.

Atası oğlunun kimliyi açıqlanandan sonra İŞİD-ın hədəfi ola biləcəyindən qorxmadığını deyib.

Qeyd edək ki, Üsəma Bin Laden 2011-ci ilin may ayında Pakistanın Abbotad şəhərində xüsusi əməliyyat zamanı öldürülüb.

Mediainfo.az