17 yaşlı qıza Nobel mükafatçısı oldu

17 yaşlı qıza Nobel mükafatçısı oldu

10 Oktyabr 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

2014-cü ilin Nobel sülh mükafatı iki nəfərə verilib. Bunlar pakistanlı Məlalə Yusifzay və hindistanlı Kaylaş Satyarthidir.

"Media forum" saytı xəbər verir ki, İsveç Akademiyası bu qərarını oktyabrın 10-da açıqlayıb.

Məlalə Yusifzayın hazırda 17 yaşı var. O, bloqunda "Taliban" hərəkatını tənqid etdiyinə və qızların təhsil almaq hüququnu müdafiə etdiyinə görə 2012-ci il oktyabrın 9-da, 15 yaşında "Taliban" döyüşçülərinin hücumuna məruz qalıb. Başından ağır yara alan qızın eşitmə qabiliyyəti Böyük Britaniyada müalicədən sonra bərpa olunub. Həmin vaxtdan Avropada yaşayan Məlalə Yusifzay hüquq müdafiəçisi kimi məşhurlaşıb və 2013-cü ildə Avropa Parlamentinin Saxarov mükafatını alıb.

60 yaşlı Kaylaş Satyarthi Hindistanda fəaliyyət göstərən hüquq müdafiəçisidir, əsasən uşaq hüquqlarının müdafiəsi ilə məşğul olur.

Mediainfo.az