
Yaponlardan uçan robot
Dünyanın ilk kürə formalı robotu
Yaponiyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, dünyanın ilk kürə şəklindəki robotu hazırlanıb. Bir futbol topundan böyük olan robot saatda 65 km sürətlə uça bilir. Bir çox sahədə istifadəsi gözlənilən robot eləcə də quruda da hərəkət edə bilir. Yüngül, ancaq dayanıqlı bir plastikdən düzəldilən robot zərbələrə davam gətirə bilir. Uzaqdan idarə etməklə uzaq məsafələrə uçan robot eləcə də videoya da malikdir. Məhz, bu xüsusiyyətlə onun gizli hərbi əməliyyatlarda istifadəsi gözlənilir. Onun maliyyəti isə sadəcə 1000 dollardır.
Günel Həbib
O.M.
Digər xəbərlər