Gözəllik uğrunda çəkilən əziyyət

Gözəllik uğrunda çəkilən əziyyət

13 İyun 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Çinli qadınların ayaqlarının 1000 il boyunca sıxışıb qaldığı o məşhur "balaca ayaqqabılar" indi yoxdur. Amma o dönəmin izlərini daşıyan yaşlı çinlilər hələ də mövcuddur.

Adətin adı "ayaq kiçiltmədir". Qadınların ayaqları daha incə və kiçik olsun deyə Çində qədimdən onların ayaqları 6 yaşından etibarən bandajla bağlanırdı. Və ayaqlar böyümürdü, kiçik qalırdı. Kiçik ayaqlıların geyindikləri xüsusi ayaqqabılar isə "qızıl lotus" adlandırılırdı. Müxtəlif yollarla ayaq kiçiltmə ənənəsi çinli qadınlar arasında 20-ci əsrin ortalarına kimi davam etdi.

Gözəllik qurban tələb edir. Amma bu cür yox...

Günel Həbib

O.M.