Bu gəlini necə öpmək olar?

Bu gəlini necə öpmək olar?

9 İyun 2011 18:38
Bəyəndim (0) Bəyənmədim (0)
O qadın da evləndi

Bu günə qədər təxminən 7000 pirsinq vurduran biri üçün bir metal parçanın daha vücudunda yer alması problem deyil. Elain Devidson son kolleksiyasına bir də nişan üzüyü əlavə etdi. Qəhrəmanımızın vücudunda tamı-tamına 6950 pirsinq var. Dünyanın ən çox pirsinqinə sahib qadın bu gün evləndi. Onun barmağında artıq bir üzük də işıldayır. Təbii ki, o qədər metal arasında bu üzüyü görmək mümkün deyil. Devidson da bu gün bütün qadınlar kimi gəlinlik geyindi. Ancaq üzündə o qədər metal parça var ki, gəlinliyi ikinci planda qaldı. 42 yaşlı qadın Edinburq şəhərində bir çox dəvətlinin qatıldığı törəndə nikah masasına oturdu. Əri Duqlas Vatsonu görənlər onun vücudunda heç bir pirsinqə rast gəlməyincə təəccüblərini gizlədə bilmədilər. 2000-ci ildən bu yana bu sahədə rekord qırmaq istəyən qəhrəmanımız bunu sonda bacardı. Hazırda onun vücudunun içində 500, çölündə isə 6450 pirsinq var. Ailəsi kimi o da əslində pirsinqdən xoşlanmır. Sadəcə olaraq, onda rekord hirsi var. Ona görə ölənə qədər onun bu hobbisi davam edəcək.

İtə xalta yaraşan kimi, dəliyə də pirsinq yaraşır...

Günel Həbib

O.M.