Yeni Stiv Cobs möcüzəsi

Yeni Stiv Cobs möcüzəsi

7 İyun 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Daha rəflərdə görünməsinə 9 ay var, amma indidən ən çox satılanlar siyahısında adı var. Budur, yeni bir Stiv Cobs möcüzəsi daha...

Texnologiya dünyasının nəhənglərindən biri olan "Apple"nin müdiri Stiv Cobsun bioqrafiyası haqda yazılan kitab hələ gün işığı görmədən artıq internetdən sifarişlər alıb. Texnologiya, bioqrafiya, tarix, iş dünyası kateqoriyalarından bəhs edən kitab "iSteve" adlanır. Onun müəllifi isə "Time" jurnalının baş redaktoru Volter İsaksondur. 9 ay sonra Amazon.com-dan satılması planlaşdırılan kitabın qaymağını sayt indidən yeməyə başlayıb. Mağazadakı ən ünlü 28-ci kitab olan "iSteve" və ya "The Book of Jobs"un arxasındakı sözlər bunlardır: "Kitabda İsakson Cobsun həyatının pərdəarxasını oxuculara təqdim edir". Patronun da təsdiqlədiyi bu kitab haqda sözləri bunlardır: "Gerçək bioqrafiyam yalnız bu kitabdır!" Xatırladaq ki, kitabın bir ədədi 18 dollardan satışa çıxacaq.

Burda deyirlər ki, qılıncının arxası da kəsir, qabağı da.

Günel Həbib

O.M.