Gəlinlik xalqa açılacaq

Gəlinlik xalqa açılacaq

6 İyun 2011 18:07
Bəyəndim (0) Bəyənmədim (0)
Bukinqem sarayına turistik səfərlər təşkil olunacaq


29 apreldə şahzadə Uilyamla nikah masasına oturan Keyt Midletonun gəlinliyi sərgilənəcək. İngiltərə taxtının ikinci sıradakı namizədi Uilyam bu addımı atmaqdan çəkinmir. Belə ki, onun həyat yoldaşının gəlinliyi Bukinqem sarayında xalqa açılacaq. Aleksandr Mak Quinin moda evində işləyən Sara Burton tərəfindən ərsəyə gətirilmiş paltarı 23 iyuldan 3 oktyabra qədər görmək mümkün olacaq. Sərgi hətta sarayın bəzi rəsmi otaqlarının qapılarını da açacaq. Bütün bunları turistik turların iştirakçısı olaraq da görmək mümkün olacaq.

Görəsən, gəlinin yataq otağındakı hansı "eksponatlar" turistlərin görüşünə gələcək?

Günel Həbib

O.M.