
Zooparka ayı hədiyyə edilib
Bakı zooloji parkın daha bir "sakini" artıb. Zooparka bala ayı hədiyyə edilib. 1 yaşlı ayının Bakı zooloji parkına gəlməsi cəmi bir neçə aydır. Amma o artıq buradakı işçilərə öyrəşib. Paytaxt sakinləri hər il olduğu kimi, bu il də parka əldə etdikləri müxtəlif heyvanları hədiyyə etməkdə davam edir. Təkcə bu il xallı maral, qonur ayı, porsux kimi heyvanat parkı üçün qiymətli heyvanlar bağışlanıb.
Yəqin sizə də şəhərdə ayı, maral, tülkü kimi heyvanların harada peyda olması maraqlıdır. Elə bizi də bu məqam çox düşündürdü. Amma Bakı zooloji parkın direktoru Azər Hüseynov belə sualların cavabını axtarmır. Ona görə də bu heyvanları gətirənlərə bu kimi sual verməyib. Deyir, həm də bəy verən atın dişinə baxmazlar.
Elə biz də adı çəkilən heyvanlara baş çəkdik. Həqiqətəndə onlar yerlərindən məmnun görünürdülər. Müxtəlif zədələri ilə parka gətirilən səhra qartalları, yanına qoyulan dişi maralla yeməyə başı qarışmış erkək xallı maral, istərsədə yemək vaxtları çatdığından bir yerdə qərar tutmayan porsuxlar da sanki yeni mənzillərində rahatlıqların nümayiş etdirirlər. Bala tülküyə də xüsusi qayğı ilə yanaşılırdı. Çəkiliş aparan zaman bir vaxtlar ANS vasitəsi ilə bu parka gətirilən canavarı da qəfəsində vargəl edən görə bildik. Ümumiyyətlə yaz fəsli istər bura yeni gələnlərin, istərsədə köhnə sakinlərin fəallığını artırmışdı. Məsələn, cibi balası ilə dolu olan kenquru da yuvasından bayıra çıxaraq ətrafı seyr etməklə məşğul idi. Hələ burda cırtdan maraqlı deyilən maralı da görmək mümkündür. Beli üstə çevrilmiş bu tısbağanın köməyinə isə parkın işçiləri çatdı. Elə bil azyaşlı izləyicilər də zooloji parka yeni heyvanların gəlməsindən xəbər tutmuşdular.
Bakı zooloji parkın direktoru Azər Hüseynov gələcəkdə adları "qırmızı kitab"a düşən heyvanları artıraraq təbiətə buraxmağı belə düşündüklərini söylədi. Çünki burada soltan toyuğu, Qafqaz nəcib maralı, qızıl qaz və sair kimi heyvanlar qorunub artırılır. Bakı zooloji parkında isə ümumilikdə 150 növə yaxın 1200-ə qədər heyvan, quş, sürünən və balıqlar da var./ans/
Mediainfo.az