
"Forbes" jurnalı gənc milyonçuların adlarını açıqladı
"Forbes" jurnalı dünyanın ən varlı 8 yeniyetməsinin adlarını açıqlayıb:
Kira
Plastinina, 19 yaş. "KP stil" şirkətinin baş direktoru Sergey Plastinin bir
neçə il bundan əvvəl "Kira Plastinina" ticarət brendinin yaradıcısı kimi çıxış
edib. Hazırda brendin mağazaları təkcə Rusiya, Qazaxıstan, Belarus, ABŞ, Çin,
İtaliya və Böyük Britaniyada fəaliyyət göstərir. Malların əsas alıcıları 15-25
yaş arası qızlardır.
Aleks Perri, 19 yaş. Gənc Aleks 2009-cu ildə milli Britaniya lotereyasında 6,5
milyon funt sterlinq udub. O, maşın almaq məqsədilə pul toplamaq üçün çalışdığı
iki iş yerindən çıxıb. Mark İndelikato, 15 yaş. Mark
"Çirkin Betti" serialının çəkilişlərindən bir mövsümdə 460 min dollar qazanıb.
Buna baxmayaraq, həftə ərzində cəmi 50 dollar xərcləyir. Bunlar da əsasən video
oyunlar, fastfud və sızanaqlardan qurtulma vasitələri üçün sərf edilir. Bu
səbəbdən İndelikato serial başa çatdıqdan sonra da ən varlı uşaqlardan biri
olaraq qalır. Castin Biber, 17 yaş. Onu əbəs
yerə "Kanada möcüzəsi" adlandırmırlar. Bu yeniyetmənin ABŞ-da çıxan ilk albomu
ən çox dinlənilən, o cümlədən "Baby" sinqalına çəkilmiş klipi hələ də ən çox
izlənilən və müzakirə edilən klip hesab olunur. "Forbes" jurnalının yazdığına
görə, Biber dünyada ən məşhur insanlar siyahısında 24-cü yerdədir və onun
sərvəti 54 milyon dollardır. Ebiqeyl Breslin, 15 yaş.
Breslin 6 yaşında Mel Gibson kimi məşhur aktyorla "Əlamətlər" filminə çəkilib.
10 yaşında o, ilk milyonunu və "Balaca mis xoşbəxtlik" dramındakı roluna görə,
"Oskar" mükafatını qazanıb. Hazırda Breslinin orta illik qonorarı 3 milyon
dollardır və onun sərvəti 12 milyon dollar təşkil edir. Anqus T. Cons, 17 yaş. Anqusun
valideynləri onun 4 yaşından etibarən Amerika teleolimpinə doğru hücum etmişlər.
Hazırda onların cəhdləri oğullarının "2,5 adam" serialından mövsüm üçün
qazandığı 1,2 milyon dollar qonorarı ilə kifayət qədər ödənilmişdir. Serial
ABŞ-da çox məşhurdur və artıq 9 ildir ki, efirdədir. Mayli Sayrus, 18 yaş. Hələ
yetkinlik yaşına çatmamışdan Mayli atası, musiqiçi və ifaçı Billi Rey Sayrusa
nisbətən daha çox qazanırdı. "Hanna Montana" serialındakı rolu onu dünyadakı
bütün yeniyetmələrin kumiri edib. 2008-ci ildə onun sərvəti 2,5 milyon dollar miqdarında
hesablanıb. Dakota Fanninq, 17 yaş. Fanninqin hesabına təxminən kino və
televiziyada çəkilmiş 40-a yaxın rol yazılıb. O, artıq 13 yaşında Tom Kruz, Şon
Pen, Culya Roberts kimi məşhurlarla birlikdə filmlərdə rol almışdı. Gələn il bu
gənc aktrisanın iştirakı ilə 4 film ekran üzü görəcək.
Biz isə həmişəki kimi "pul əl çirkidir" məsəli ilə təsəlli tapırıq...
Günel Şahməmmədova
O.M.