Kişilər satışa çıxarılacaq

Kişilər satışa çıxarılacaq

20 Aprel 2014 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın paytaxtı Parisdə 2012-ci ildə mağazalardan biri xüsusi oyuncaq qutularda subay kişiləri satışa çıxarıb. Bu ideyanın müəllifi Fransanın tanışlıq saytlarından biridir. Mağazada satılan subay kişilər isə bu internet resursunda qeydiyyatdan keçmiş istifadəçilərdir. Arzu edənlər onları saytın siyahısında tapa və tanış ola bilərlər. Vitrinlərdən kişiləri seçmək və mağazanın restoranında da söhbət etmək mümkündür. Təşkilatçılar bildirir ki, onların ideyası işə yarayır: ən azından bir neçə qız mağazanı kavalerlə birlikdə tərk edib. Yeri gəlmişkən, qadınlara bildirilib ki, onlar tələssələr yaxşı olar, çünki 10 gündən sonra mağazada subay kişilərin satılması kampaniyası başa çatacaq.

Mediainfo.az