İyun ayı və bürcünüz...

İyun ayı və bürcünüz...

1 İyun 2011 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
2011-in iyun ayının astroloji analizi

Bu gün YAY fəslinin - iyun ayının ilk günüdür. Yəqin ki, bundan hamınızın xəbəri var. Bəs bu ay sizin həyatınızda nə kimi dəyişikliklərə imza atacaq, bundan heç xəbərdarsınızmı? Sualımızı "yox"la cavablandıranlarla davam edirik.

* QOÇlar, şəriklərinizə və sevgilinizə güzəştə getsəniz, müsbət nəticə əldə edə bilərsiniz. Bu, eyni zamanda məqsədinizə doğru daha, inamla addımlamaqda sizə yardımçı olacaqdır. Daşdan pul çıxaranlar da yaydan paylarını alacaqlar. Çünki iyun onları pul baxımından sevindirəcək.

* BUĞAlar, bu ayda işdə, ailəvi mövzularda durumunuzu sağlıqlı şəkildə analiz etməniz asanlaşacaq. Ayrıca, sevgi münasibətinizdəki bir sıra problemləri ağlı başında çözməyə cəhd göstərəcəksiniz. Pulda bəxtiniz o qədər də gətirməyəcək. Ancaq bu və ya digər halda borclarınızın bir qismini ödəmə şansınız olacaqdır.

* ƏKİZLƏR, məsuliyyətdən, təzyiqdən uzaq durmağa çalışacaqsınız. Arzu etdiyiniz gözəlliklərə qovuşmaq başlıca arzunuz hesab olunacaq. Sevgi münasibətində etibarlılıq böyük rol oynayacaq. Həyata keçirmək istədiyiniz planları əvvəlcədən yaxşıca ölçüb-biçəcəksiniz. Çünki bu planlar sağlam təməl üzərində gerçəkləşdirilməlidir.

* XƏRÇƏNGlər köhnədən qalma işləri yenidən gözdən keçirəcəklər. Fiziki və ruhsal sağlığınızı maraqlandıran mövzularda ciddi qərarlar verə bilərsiniz. Siqaret, içki kimi adətlərinizdən yan durmaq üçün aranızda bəzi cəhdlər göstərənlər tapılacaq. Enerjiniz bol olacaq. Ona görə də heç nədən qorxmadan, özünüzə etibar edərək, irəliyə doğru addım atın.

* ŞİRlər keçmişə aid bəzi mövzuları yenidən gündəmə gətirəcəklər. Burada diqqət yetirəcəyiniz nüans qarşınızdakının hisslərinə hörmətlə yanaşmaq və əl-ələ verib vahid bir nöqtə üzərində dayanmaqdır. Səyahətə yollanmaq üçün uyğun zaman yetişəcək. Ancaq bunun üçün pulunuz olacaqmı, bax, bunu dəqiq deyə bilmirik. Çünki işləməsən, dişləməzsən.

* QIZlar günlük həyatlarını sağlıqlı şəkildə ələ almalıdırlar. Maddi baxımdan gələcəyinizi sığortalayacaqsınız. Pul baxımdan problemlərinizi yoluna qoymaq üçün enerjiniz bol olacaq. Bir sıra qərarlarınızı yenidən müzakirə edəcəksiniz. Kolleqalarınızla, ailə üzvlərinizlə aranızdakı məsafəni qısaltmağa çalışacaqsınız. Özünüzdən əmin olsanız, ayağınızı yerə bərk basacaqsınız.

* TƏRƏZİlər, sevginizi, pulunuzu və hədəflərinizi ciddi bir şəkildə ələ alacaqsınız. İnsan bu cür şəraitdə ümid etmək, hədəflərinə çatmaq istəyər. Daha rahat yaşamanın yollarını fikrində ölçüb-biçər. İyun uşaqlarınız da başda olmaqla - bütün həyatınızla baölı verəcəyiniz yeni qərarların işarətidir. Ayrıca, bu, həyatdan dörd əllə yapışmanız, məqsədinizə doğru inamla addımlamanız və verdiyiniz sözdən dönməməniz anlamını verir. Unutmayın ki, insan özünə etibar edərsə, təbii olaraq öhdəsindən gəlməyəcəyi heç nə yoxdur.

* ƏQRƏBlər hisslərini qarşı tərəfə etiraf etmək üçün əla ay seçiblər. Valideynləri onlara hər mövzuda dəstək olacaqlar. Sürprizlər gözləsinlər. İyun ayı onlar üçün macəra ayına çevrilə bilər. İş yerində isə durmadan işləsinlər. Çünki bu günlərdə onlara xeyli pul gərəkli olacaq. Hətta bəzi Əqrəblərin ailə üzvünün sayı arta bilər.

* OXATANlar, əgər sevginiz bəzi istəklərinizin qarşısında sərhəd çəkirsə, o zaman bir daha dərin düşünməkdə fayda var. Keçmişdəki bir iş, layihə və ya plan yenidən gündəminizə otura bilər. Bu səfər hər bir halda hesabatı düzgün şəkildən gözdən keçirin. Ayrıca, mübarizə gücünüz də çoxalacaq.

* OĞLAQlar üçün iyun pul ayı olacaq. Onları sevindirən də pul olacaq, kədərləndirən də. Əgər sonuncuya tuş gəlmək istəmirlərsə, o zaman əvvəlcə bədxərcliyə yol verməsinlər. Daha sonra isə pul qazansınlar!

* DOLÇAlarda sevmək-sevilmək arzusu artacaq. Sevdiyiniz insanlarla əlaqələrinizi qoparmaq yerinə, daha da sıxlaşdırmaq barədə düşünün. Verəcəyiniz qərarlarla özünüzü azad hiss edə, fürsətləri dəyərləndirə biləcəksiniz. Planlı şəkildə hərəkət edin. Fiziki və mənəvi baxımdan güclü olduğunuz üçün iyun ayının bütün sınaqlarından üzü ağ çıxa biləcəksiniz.

* BALIQLAR bütün mövzularda məntiqlə düşünməlidirlər. Xoş niyyətliliyi bəzi hallarda onların düşməninə çevrilə bilər. Sevgiyə sözün əsl mənasında ehtiyacınız olacaq. Avtomobil arzusunda olanların həyatında sürprizlər yaşanacaq. Ola bilər ki, iyun ayı sizləri kimlərləsə qovuşdursun.


Hər kəsin axtardığı gözəlliklərlə qarşılaşacağı bir ay diləyi ilə...

Könlünüzdən keçənlər sizlərlə olsun: Günel Həbib