"Titanik"in batmasının 100 illiyi qeyd olunub

"Titanik"in batmasının 100 illiyi qeyd olunub

1 İyun 2011 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 31-də Şimali İrlandiyanın paytaxtı Belfast şəhərində 1912-ci ildə Atlantik okeanda aysberqlə toqquşma nəticəsində batmış "Titanik" gəmisinin suya buraxılmasının 100 illiyi qeyd edilib. Əfsanəvi gəminin və onun sərnişinlərinin xatirəsinə həsr olunmuş mərasim "Titanik"in inşa edildiyi keçmiş "Harlend end Volf" gəmi tərsanəsində keçirilib. Tədbirə toplaşanlar arasında keçmiş gəmi inşaatçılarının, habelə, həlak olmuş sərnişinlərin nəsillərinin nümayəndələri də olub.

Gəminin 100 il bundan əvvəl suya buraxıldığı saatda siqnal raketi səmaya qalxmış və Belfast limanında lövbər atmış gəmilər "Titanik"in xatirəsini fit səsləri ilə yad etmişlər. Mərasimə toplaşanlar gəminin bir əsr bundan əvvəl suya salındığı müddətdə - düz 62 saniyə əl çalmışlar. Bundan sonra Belfast limanında tarixdə ən faciəvi dəniz qəzalarının qurbanlarının xatirəsinə dini mərasim keçirilib.

Yubiley münasibətilə Belfast Dəniz muzeyində açılmış sərgidə sualtı ekspedisiyaların tapdıqları "Titanik" gəmisinə aid 500 əşya nümayiş etdirilib.

İgid ölər, adı qalar.

Könül Aypara

O.M.