Dünyanın ən innovativ şirkəti hansıdır?
"Dodge" brendi Dünyanın 50 ən innovativ şirkətindən biri seçilib. "Fast Company" jurnalının bu reytinqə həsr olunmuş 2014-cü il buraxılışında "Dodge" 11-ci yerdədir. Brendin siyahıya düşməsinə səbəb uğurlu təşəbbüsləri ilə bağlı adının çox hallanması olub.Dünyanın 50 ən innovativ şirkəti siyahısında ilk 10-luqda "Google", "Bloomberg", "Dropbox", "Netflix", "Nike" kimi yenilikləri günbəgün dəyişən və adları dildən düşməyən nəhənglərin adı var.
Twitter, Amazon və Apple-ın belə "Dodge"-dan sonra gəlməsini "Fast Company" münsifləri brendin yeni "Dodge Durango" ilə bağlı reklam kampaniyası ilə əlaqələndiriblər. Məşhur komediya aktyoru Uill Ferrelin çəkildiyi "Aparıcı" filmi yayımlanandan "Dodge Durango" satışları 50%-dən çox artırıb.
Qərargahı Nyu-Yorkda yerləşən "Fast Company" dünyanın aparıcı biznes medialarından sayılır. Unikal nəşrləri və təhlilləri texnologiyalar, etik iqtisadiyyat, liderlik və dizayn istiqamətlərinə yönəlib.









































































.jpg)

.jpg)



















