Dünyanın ən bahalı və ən ucuz şəhərləri
Dünyanın ən bahalı və ucuz şəhərlərinin siyahısı açıqlanıb.Lent.az -ın "Economist Intelligence Unit" analitik nəşrinin hazırladığı hər iki siyahıya 10 şəhərin adı salınıb.
Ən bahalı şəhər kimi Şinqapurun adı qeyd olunub. Şəhər-dövlət möhkəm valyutası (Sinqapur dolları), avtomobil saxlamağın baha başa gəlməsi və kommunal xidmətlərə yüksək ödənişlər üzündən birinci yeri ələ keçirib. Halbuki 10 il öncə Sinqapur yaşayış məbləğinə görə 18-ci yerdə idi. Siyahıya isə Tokio (Yaponiya) başçılıq edirdi.
Ən bahalı şəhərlər arasına Paris (Fransa), Sürix (İsveçrə), Sidney (Avstraliya), Oslo (Norveç), Tokio (Yaponiya), Karakas (Venesuela), Cenevrə (İsveçrə), Melburn (Avstraliya) və Kopenhagen (Danimarka) da düşüb.
Ucuz yaşayış isə Mumbay (Hindistan), Karaçi (Pakistan), Nyu-Delhi (Hindistan), Dəməşq (Suriya), Katmandu (Nepal), Əlcəzair (Əlcəzair), Buxarest (Rumıniya), Panama (Panama), Ciddə, Riyad (hər ikisi Səudiyyə Ərəbistanı) şəhərlərindədir.
Qeyd edək ki, reytinq tərtib olunarkən, analitiklər ildə iki dəfə dünyanın 131 şəhərində yaşayış məbləğini öyrəniblər. Başlanğıc nöqtəsi kimi ABŞ-ın Nyu-York şəhərindəki yaşayış minimumu sayılıb.