
Günəş sistemindən kənarda 715 yeni planet kəşf edilib
NASA Günəş sistemindən kənarda yeni kəşf edilən 715 planetin olduğunu açıqlayıb. Məlumata görə, "Kepler" teleskopunun verdiyi məlumatları dəyərləndirən elm adamları bununla da qalaktikadakı planetlərin sayının təqribən 1700-ə çatdığını bildiriblər.
Yeni planetlərdən 4-də həyat üçün əlverişli şəraitin olduğu deyilir.
Qeyd edək ki, astronomlar 20 il bundan əvvəl Günəş sistemindən kənarda hər hansı planet kəşf etməmişdilər.
Digər xəbərlər