Mətbuat Şurası müsabiqə keçirir

Mətbuat Şurası müsabiqə keçirir

26 Fevral 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuat Şurası "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda yazı müsabiqəsi keçirir. Bu barədə Şuradan məlumat verilib.

Müsabiqəyə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti, Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar istiqamətində yazılar təqdim olunmalıdır.

I yer üçün 1000 manat, II yer üçün 800 manat, III yer üçün 500 manat nəzərdə tutulub. Həvəsləndirici mükafat isə (10 nəfər) – 300 manat olacaq. Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il may ayının 5-dək açıqlanacaq. Mövzunun əhatə edilməsi, ifadə vasitələrinin zənginliyi müsabiqə yazıları üçün əsas götürüləcək.
Yazılar 9-11 min işarədən çox olmamalıdır. Materialda "Yazı Azərbaycan Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusundakı müsabiqəsinə təqdim edilir" qeydi olmalıdır. Yazılar 2014-cü ilin mart ayının 1-dən mayın 1-dək hər gün saat 10.00-dan 17.00-a qədər Bakı şəhəri, Məmməd Araz küçəsi 4 ünvanında (keçmiş Teymur Əliyev 38, Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.